Aspilikueta klubunu dəyişə bilər

“Atletiko”nun müdafiəçisi Sezar Aspilikueta yay transfer dönəmində yeni komandaya keçə bilər.

Komanda.az AS-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun xidmətində “Selta” maraqlıdır.

Aspilikuetanın “Atletiko” ilə mövsümün sonunda başa çatacaq müqaviləsinin müddəti uzadılmasa, o, “Selta”ya azad agent kimi qoşula bilər. Bu da klub üçün maliyyə baxımından sərfəli transfer sayılır.

İspaniyalı müdafiəçi cari La Liqa mövsümündə Madrid təmsilçisinin heyətində 12 oyunda iştirak edib və 1 qola imza atıb.

“Selta” La Liqanın 33 turundan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb, “Atletiko” isə 3-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button