“Kavaninin “Atletiko”ya getməsi möhtəşəm olar”

“Atletiko”nun keçmiş futbolçusu Dieqo Forlan uruqvaylı Edinson Kavaninin keçmiş klubuna transfer olunacağıyla bağlı xəbərlərə münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda “Penyarol” klubunun baş məşqçisi olan Forlan, Kavaninin La Liqada xoşbəxt olacağını deyib:

“Kavaninin “Atletiko”ya getməsi möhtəşəm olar. “Atletiko” və Kavani bir-birinə uyğun olacaq. Komandanın baş məşqçisi Dieqo Simeonenin təcili transferə ehtiyacı var və ən yaxşı həmlə Kavaninin keçidi olar”.

İspaniya mətbuatı PSJ-də forma geyinən Kavaninin “Atletiko” ilə 3 illik müqavilə imzalayacağını iddia edir.

Forlan 2007-2011-ci illər aralığında “Atletiko”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button