
“Atletiko”nun Kavani planı gerçəkləşməsə…
“Arsenal”ın futbolçusu Aleksandr Lakazett karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, fransalı futbolçu “Atletiko”nun transfer hədəfindədir. PSJ-nin futbolçusu Edinson Kavanini heyətinə qatmaq niyyətində olan Madrid klubu, bu istəyini gerçəkləşdirə bilməsə, Lakazettin keçidi üçün çalışacaq. İspanlar Aleksandrın transferi üçün “topçular”a Tomas Lemarı təklif edəcək.
“Arsenal”la müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulan Lakazett, cari mövsümdə iştirak etdiyi 19 oyunda 6 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin