“Atletiko”nun kapitanından rekord
“Atletiko”nun kapitanı Koke rekorda imza atıb.
Komanda.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bunu La Liqanın 14-cü turunda “Malyorka” ilə görüşdə (1:0) meydana çıxmaqla reallaşdırıb.
Koke “Atletiko”nun heyətində bütün turnirlərdə oyun sayını 600-ə çatdırıb. O, Madrid klubunda bunu bacaran ilk futbolçudur.
“Atletiko”nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, madridlilərin heyətində 47 qol vurub, 113 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin