“Atletiko”nun istəyi: Lemarı al, Depayı ver
“Barselona”nın prezidenti Xuan Laporta “Atletiko”nun Memfis Depay üçün göndərdiyi təklifi rədd edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubu niderlandlı hücumçu üçün Tomas Lemarı təklif edib.
Memfis Depayın Kataloniya təmsilçisi ilə cari müqaviləsi 2023-cü ilin yayına kimi qüvvədədir.
O, bu mövsüm “Barselona”nın heyətində 8 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin