“Atletiko”da 2 futbolçu koronavirusa yoluxdu
İspaniyanın “Atletiko” klubunun iki futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Yannik Karrasko və Mario Hermosonun koronavirus testi pozitiv nəticələnib. Hər iki futbolçu karantinə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin