Suaresə “Barselona”da kim pis davranıb?

“Atletiko”nun hücumçusu Luis Suares açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu, keçmiş klubu “Barselona”da ona pis davranıldığını deyib:

“Barselona”da mənə kim pis davrandı? İlk növbədə prezident. O, mənə zəng edib, mənimlə davam etmək istəmədiklərini şəxsən mənə deməkdənsə, mətbuata bildirdi. Niyə bunu mənə demədin? Baş məşqçi məni istəməsəydi, bunu deyərdi. Hər halda, bu, məşqçinin işi deyildi. Təlimat yuxarıdan gəlmişdi”.

Suares 2020-ci ilin sentyabrında “Barselona”dan “Atletiko”ya keçib. Həmin vaxt Kataloniya təmsilçisinin prezidenti Xosep Maria Bartomeu idi.

Suares bu mövsüm “Atletiko” ilə La Liqanın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button