“Atletiko”nun futbolçusunun meneceri İstanbula gedib

“Fənərbaxça” qış transfer pəncərəsində “Atletiko”nun müdafiəçisi Stefan Saviçi heyətinə qatmağa çalışacaq.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi müdafiə xəttini gücləndirməkdir. 32 yaşlı futbolçunun meneceri transfer danışıqları aparmaq üçün İstanbula gedib.

Saviç cari mövsümdə “Atletiko”nun heyətində 12 matçda meydana çıxıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button