“Atletiko”nun futbolçusuna 4 oyunluq cəza verildi
UEFA İspaniyanın “Atletiko” klubunun müdafiəçisi Stefan Saviçi cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna monteneqrolu müdafiəçinin UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Çelsi” klubuna qarşı keçirdikləri cavab matçında (0:2) qırmzı vərəqə alması səbəb olub.
30 yaşlı oyunçu görüşün 82-ci dəqiqəsində London klubunun futbolçusu Antonio Rudigeri dirsəyi ilə vurub. Qırmızı vərəqə alaraq meydandan qovulan futbolçu, bu azmış kimi qarşılaşmanın baş hakimi Daniele Orsatonu da təhqir edib.
Bütün bunları aqressiv hərəkət kimi dəyərləndirən UEFA-nın Nizam-intizam komitəsi Saviçi avrokuboklardan 4 oyunluq diskvalifikasiya edib.
Qeyd edək ki, “Atletiko” ilk görüşdə də rəqibinə 0:1 hesabı ilə uduzmuşdu.
Bizi Facebook-da izləyin