Simeone onu istəmir – Klubunu dəyişə bilər

“Atletiko” müdafiəçisi Felipe ilə yollarını ayıra bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə Braziliya klubları və İngiltərə Premyer Liqa təmsilçisi “Vulverhempton” maraqlanır.

Paytaxt klubu qış transfer pəncərəsində futbolçunu satmaq niyyətindədir. Çünki o, baş məşqçi Dieqo Simeonenin planlarına daxil deyil.

Felipe bu mövsüm “Atletiko”nun heyətində 3 oyuna çıxıb və fərqlənə bilməyib. O, 2019-cu ilin iyulundan Madrid klubunda çıxış edir. “Sambaçı”nın klubla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button