“Atletiko”nun futbolçusu Türkiyə klubuna keçəcək

“Fənərbaxça” Türkiyə millisinin üzvü Çağlar Söyüncünü heyətinə qatmaq istəyir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Atletiko”nun futbolçusu qışda İstanbul klubuna keçmək niyyətindədir.

Milli üzvünün “Atletiko” ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq.

Çağlar Söyüncü La Liqada bu mövsüm 12 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button