“Avropa klublarının mənimlə maraqlanmasından qürur duyuram”
“Atletiko”nun futbolçusu Tomas Partey Madrid təmsilçisiylə yeni müqavilə imzalayacaq.
Komanda.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi AS nəşrinə açıqlamasında deyib:
“Agentim “Atletiko” ilə yeni müqavilə haqda danışıqlar aparır. Bütün gənc futbolçular kimi burada – Madridin ən böyük klubunda oynamaq istəyirəm. Digər Avropa klublarının mənimlə maraqlanmasından qürur duyuram. Ancaq mənim üçün ən dəyərlisi “Atletiko”dur”.
“Atletiko”nun yetirməsi olan Parteyin hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin