“Atletiko”nun futbolçusu “Arsenal”la danışıqlar aparır – atası açıqladı
“Atletiko”nun futbolçusu Tomas Parti “Arsenal”la danışıqlar aparır.
Komanda.az xəbər verir ki, bu barədə qanalı yarımmüdafiəçinin atası Ceykob Parti “goal.com”a açıqlamasında deyib:
“Tomasın “Arsenal”a transfer olunacağıyla bağlı xəbərləri eşidəndə onunla əlaqə saxladım. O, yayılan iddiaların doğru olduğunu dedi. Hər şey “Atletiko”ya bağlıdır.
Tomas “Arsenal”a getsə, xoşbəxt olaram. Londonluların Qanada azarkeşləri çoxdur. Hazırda əsas məsələ “Atletiko”nun onu hansı şərtlərlə sərbəst buracağıdır”.
“Atletiko”nun yetirməsi olan Partinin müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin