“Atletiko”dan ayrılır
“Atletiko”nun futbolçusu Tomas Lemar qış fasiləsində komandadan ayrılmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi oyun praktikasının azlığından şikayətçidir. Bu barədə AS nəşri məlumat yayıb.
Lemar daha çox şans qazanacağı klubda forma geyinmək istəyir. Bu səbəbdən də, futbolçu qış fasiləsində gələcək təklifləri dəyərləndirməyi düşünür.
2018-ci ilin yayında “Atletiko”ya keçən Lemar, bu mövsüm 19 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin