Oblak Premyer Liqanın 2 klubunun hədəfində

İspaniyanın “Atletiko” klubunun qapıçısı Yan Oblak karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted” 27 yaşlı qolkiperin xidmətində maraqlıdır. Əsas qapıçısı Kepa Arrisabalaqanın çıxışından razı qalmayan “Çelsi” onu Oblakla əvəzləmək istəyir.

“Mançester Yunayted” isə son vaxtlar zəif oyunu ilə müzakirə edilən David De Xeanın yerinə sloveniyalı qapıçını transfer etmək niyyətindədir. Hər iki klubun rəsmi danışıqlara hazır olduğu bildirilir.

“Atletiko” ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq Oblakın başqa kluba keçidə müsbət yanaşdığı deyilir. Onun təzminat məbləği 110 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button