“Atletiko”nun futbolçusunda koronavirus aşkarlandı
“Atletiko”nun futbolçusu Lukas Torreyrada koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Uruqvaylı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb və o, karantinə alınıb.
Torreyra “Atletiko”nun “Barselona”ya qarşı keçirəcəyi oyunu buraxacaq.
Noyabrın 21-də keçiriləcək “Barselona” – “Atletiko” matçı saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin