
Suares: “Futbolçuların “Barselona”da nələr yaşadıqlarını bilirəm”
“Atletiko”nun futbolçusu Luis Suares La Liqada “Barselona”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 2:0 hesabıyla bitən görüşdə bir qol vuran və bir məhsuldar ötürmə edən uruqvaylı hücumçu, matçla bağlı bunları deyib:
“Keçmiş komanda yoldaşlarımın çətin günlər yaşadığını bilirəm. Mən də o komandanın bir parçası olmuşam. Futbolçuların “Barselona”da nələr yaşadıqlarını bilirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin