“Atletiko”nun futbolçusu Türkiyə klubuna keçir

Monteneqro millisinin müdafiəçisi Stefan Saviç “Atletiko”nu tərk edir.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, monteneqrolu futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

Saviç “Trabzonspor”a keçir. Tərəflər 2027-ci ilin ortalarına qədər olan müqavilə imzalayacaq. Onun transfer dəyəri 2,5 milyon avro qiymətləndirilir. 33 yaşlı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonunda başa çatacaq.

Saviç İspaniya çempionatının son mövsümündə 23 matçda iştirak edib. O, bu matçlarda beş sarı vərəqə alıb və bir dəfə meydandan qovulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button