“Atletiko”nun futbolçusu vergidən yayınmaqda ittiham olunur

“Atletiko”nun futbolçusu Dieqo Koşta vergidən yayınmaqda ittiham olunur.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 31 yaşlı hücumçunun 6 aylıq həbs olunması və 500 min avro cərimə ödəməsi təklif edilir.

Son illərdə İspaniyada vergidən yayınma halları ilə bağlı xeyli məşhur futbolçu məhkəməlik olub və günahları sübuta yetirilib. İndiyə qədər Kriştiano Ronaldo, Lionel Messi, Xames Rodriqes, Radamel Falkao, Anxel Di Maria, Neymar, Xavyer Maskerano, Marselo, İker Kasilyas, Luka Modriç, Aleksis Sançes, Dieqo Kosta və Fabio Koentrao kimi ulduz oyunçular vergidən yayındığı üçün cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button