“Qrizmannın ən böyük arzusu Messi və Suareslə oynamaq idi”
“Atletiko”nun futbolçusu Dieqo Koşta “Barselona”ya transfer olunan Antuan Qrizmann haqda açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Koşta, Qrizmannın ən böyük arzusunun Lionel Messi və Luis Suareslə oynamaq olduğunu deyib:
“Qrizmannın ən böyük arzusu Messi və Suareslə oynamaq idi. Qərarına hörmətlə yanaşmalıyıq. Futbolçu olaraq bəzən özünü imtahan etmək istəyirsən. Qrizmann “Atletiko”da əldə etdiklərini “Barselona”da da göstərmək istəyir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin