“Həyat məni vurur, amma tez ayağa qalxa bilirəm” – Koşta

İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Koşta açıqlama verib.

Komanda.az xəbər verir ki, La Liqanın 14-cü turunun “Elçe” ilə matçından (3:1) sonra yerli mətbuata danışan 32 yaşlı hücumçu, bunları deyib:

“Yenidən komandaya qayıtdığım üçün xoşbəxtəm. Komanda yoldaşlarımla birgə oynamaqdan şadam. Həyat məni vurur, amma tez ayağa qalxa bilirəm. Həqiqətən, asan deyil, hər zaman bir şey olurdu. Bu vaxt yanımda ailəm, bir neçə komanda yoldaşım və həkimlərim olurdu. Bəzən elə olur ki, heç nə deyə bilmirsən. Sizə səhv etdiyinizi desələr, boğulacaqsızmış kimi hiss edirsiz. “Atletiko” kimi böyük bir klubda olduğum üçün çox xoşbəxtəm. Ən yaxşı komanda yoldaşları, həkimlərlə birlikdə olduğum üçün şanslıyam, şükür etməliyəm”.

2018-ci ildən “Atletiko”da çıxış edən Koşta tez-tez zədələnməsi ilə gündəmə gəlir. Hücumçu bu mövsüm Madrid klubu ilə 6 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button