“Nəticəyə yaxşı və ya pis deyə bilmərəm” – Simeone
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında “Yuventus”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 2:2 hesabıyla bitən oyunu belə şərh edib:
“Nəticəyə yaxşı və ya pis deyə bilmərəm. Ancaq 0:2-dən sonra təslim olmamağımız və sona qədər mübarizə aparmağımız xoşuma gəldi. Gənc komandayıq, daha yaxşı olacağıq.
“Yuventus” çox güclü və təcrübəli komandadır. Onların yaş ortalaması 29, bizdə isə 24-dür. Təcrübə burda çox önəmlidir. Belə oyunlar gələcəkdə bizə çox kömək olacaq.
Mauritsio Sarrinin “Yuventus”da edəcəyi dəyişikliklər bir az vaxt alacaq. Digər komandalarda olduğu kimi, orda da fərq yaradacaq. “Yuventus” çox təhlükəli komandadır, iki qol vurmaq üçün iki qol imkanı yaratmaqları bəs edir. Çempionlar Liqasında sona qədər gedə bilərlər. Nə edəcəklərini görəcəyik”.
Bizi Facebook-da izləyin