Simeone: “Saxta rəftardan xoşum gəlmir”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, komandalar arasında İspaniyada keçirilən matçdan sonra həmkarı Yurgen Kloppun əlini sıxmaması ilə bağlı bunları deyib:
“Saxta rəftardan xoşum gəlmir. Necə hiss edirəmsə, insanlara elə davranıram. Əl sıxmağın İngiltərədə bir adət halına gəldiyini bilirəm”.
“Liverpul”un baş məşqçisi Klopp isə məsələylə bağlı bunu söyləyib:
“Oyunlardan sonra Simeonenin əl sıxmağı xoşlamadığını bilirəm. Bu, mənim üçün problem deyil”.
Bu gün keçiriləcək “Liverpul” – “Atletiko” matçı saat 00:00-da başlayacaq. Tərəflər arasında Madriddə baş tutan qarşılaşmada “Liverpul” 3:2 hesablı qələbə qazanıb.
Bizi Facebook-da izləyin