Simeone: “Hər zaman düşünürəm ki, sabah “Atletiko”dan qovula bilərəm”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone açıqlama verib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Madrid klubunda xoşbəxt olduğunu deyib:
“İnsan bəzən hisslərini ifadə etməkdə çətinlik çəkir. Hər bir insan bəzi məsələləri fərqli şəkildə şərh edir. Mən səmimi biriyəm. Hər zaman düşünürəm ki, sabah “Atletiko”dan qovula bilərəm. Oyundan-oyuna yanaşması ilə yaşayıram. İstədiyiniz kimi şərh verə bilərsiz. Daha əvvəl mətbuat konfransında “Atletiko”da xoşbəxt olduğumu, çox yaxşı bir mövsüm keçirdiyimizi demişəm”.
“Atletiko” La Liqada 38 xalla liderdir. Madrid klubu İspaniya kubokunda 3-cü divizion təmsilçisi “Kornella”ya məğlub olaraq (0:1), turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin