“Atletiko”nu “Vulverhempton”a dəyişdi
Braziliya millisinin hücumçusu Mateus Kunya İspaniyanın “Atletiko” (Madrid) klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirəcək.
Bu barədə “Atletiko”nun rəsmi saytı yayıb. Kunyanın sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə “Vulverhempton”a icarəyə verildiyi bildirilib.
Braziliyanın əsas millisində 8 oyun keçirən Kunya ölkəsinin U-23 yığması ilə Tokio 2020-nin – Yay Olimpiya Oyunlarının qalibi olub. O, 2021-ci ilin yayından “Atletiko”da forma geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin