Simeone: “Narahat olmayın”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandada qalacağını təsdiqləyib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı məşqçi komandada qalacağını və narahatlığa ehtiyac olmadığını deyib:

“Deməyə ehtiyac yoxdur, mən “Atletiko”nu çalışdırmağa davam edəcəm. Narahat olmayın”.

“Atletiko” rəhbərliyi başqa məşqçilərlə danışıqlar aparmayıb. Onlar Simeoneni komandanın bu günü və gələcəyi hesab edirlər.

52 yaşlı Simeone 2011-ci ilin dekabrından Madrid komandasına rəhbərlik edir. Argentinalı mütəxəssis “Atletiko” ilə iki İspaniya çempionluğu, ölkə kuboku və superkubok, iki Avropa Liqası və iki UEFA superkuboku qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button