
“Atletiko”dan “Vulverhempton”a
Son klubu Madrid “Atletiko”su olan irlandiyalı müdafiəçi Mett Doherti yenidən İngiltərəyə qayıdıb.
Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu peşəkar karyerasının ilk addımlarını atdığı və 2020-ci ilə qədər formasını geyindiyi “Vulverhempton”a qayıdıb.
O, sözügedən klubla 3 illik müqavilə bağlayıb.
İrlandiya milli komandasının sağ cinah müdafiəçisi bu ilin yanvarından “Atletiko”da forma geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin