“Atletiko”nun prezidentindən Qrizmann açıqlaması
“Atletiko”nun prezidenti Enrike Sereso, mövsümün sonunda komandadan ayrılacağı iddia edilən Antuan Qrizmannla bağlı danışıb.
Komanda.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən Enrike, fransız hücumçunun komandada qalacağını bildirib. O, Qrizmannın komandadan ayrılmaq ehtimalının olmadığını deyib.
Bir müddət əvvəl “Atletiko”nun baş məşqçisi Dieqo Simeone də Qrizmanın komandanı tərk etməyəcəyini demişdi.
Qrizmannın “Atletiko” ilə 2023-cü ilə qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin