“Atletiko”dan daha bir transfer
Madrid “Atletiko”su növbəti transferini açıqlayıb.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Uruqvayın “Rasinq” (Montevideo) klubunun mərkəz müdafiəçisi Santyaqo Mourinyonu heyətinə qatıb.
21 yaşlı uruqvaylı ilə 5 illik müqavilə imzalanıb. “Atletiko” bu transfer üçün “Rasinq”ə 2,7 milyon avro ödəyib.
Mourinyo “Rasinq”in yetirməsidir. O, Montevideo klubunda 31 oyun keçirib.
“Atletiko” Uruqvaydan olan digər futbolçusu Xuan Manuel Sanabriya ilə də yollarını ayırıb. 23 yaşlı yarımmüdafiəçi Meksikanın “Atletiko” (San Luis) klubuna transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin