“Barselona”nın sabiq idman direktoru “Atletiko”ya keçib

İspaniyalı mütəxəssis Mateu Alemani “Atletiko”nun idman direktoru vəzifəsinə gətirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı funksioner klubun əsas komandası və akademiya ilə bağlı idman məsələlərinə nəzarət edəcək.

Alemani 2021–2023-cü illərdə “Barselona”nın idman direktoru vəzifəsində çalışıb. Kataloniya klubu onun işlədiyi dövrdə La Liqa çempionu (2022/23), İspaniya kubokunun (2021) və superkubokunun (2023) qalibi olub.

O, həmçinin, “Mayorka”nın baş direktoru kimi də tanınır. Komanda onun dönəmində 1998/99 mövsümündə La Liqada 3-cü yeri tutub və 2003-cü ildə İspaniya kubokunu qazanıb.

Alemani 2017–2019-cu illərdə “Valensiya”da da oxşar vəzifəni tutub və həmin dövrdə klub 2018/19 mövsümündə İspaniya kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button