“Atletiko”da yeni müqavilə
“Atletiko” müdafiəçi Stefan Saviçlə müqavilə müddətini uzadıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, monteneqrolu oyunçu ilə müqavilənin avtomatik uzadılması bəndi aktivləşdirilib. Onun klubla müqaviləsi bu mövsümün sonunda başa çatırdı.
33 yaşlı futbolçu bu mövsüm 21 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin