Klub prezidenti də təsdiqlədi: Morata İtaliya klubuna keçir
“Atletiko”nun hücumçusu Alvaro Morata tezliklə “Milan”ın formasını geyinəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq ispaniyalı futbolçunun özü də İtaliya klubu ilə razılaşıb. “Atletiko”nun prezidenti Enrike Serezo forvardın transferini inkar etməyib:
“Morata “Milan”a gedəcək? Belə görünür. “Atletiko”da qalmaq istəməyən oyunçular üçün qapı açıqdır. Amma bu vəziyyət bizi narahat edir, çünki Morata fantastik futbolçu və gözəl insandır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin