“Atletiko”da oynamaq motivasiyalı olmaq deməkdir”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının cari mövsüm çıxışını dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, paytaxt təmsilçisini çalışdırdığı üçün xoşbəxt olduğunu dilə gətirib:
“Atletiko”da xüsusi nəsə var. İşlər pis getsə belə, mübarizəmizi dayandırmamalıyıq. İndi hər kəs məndən motivasiyamızın necə olduğunu soruşur. “Atletiko”da oynamaq motivasiyalı olmaq deməkdir. Komandanı çalışdırdığım üçün çox xoşbəxtəm. DÇ-2022-dən sonra bütün futbolçularım yaxşı işləyir”.
Argentinalı mütəxəssis İspaniya La Liqasının 19-cu turunun “Osasuna” ilə matçı haqda (1:0) danışıb:
“Biz hiss edirik ki, əldə edəcəyimiz uğur uzaqda deyil. Çox təəssüf ki, əks-hücumlarda əzmi artıra bilmədik. “Osasuna” evdə çox güclü oynayır. Son dəqiqələr çətin keçdi”.
“Atletiko” bu mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib. İspaniya klubu qrup mərhələsini 5 xalla sonuncu pillədə bitirib.
Eyni zamanda, Dieqo Simeonenin yetirmələri İspaniya kubokunun 1/4 finalında “Real”a uduzaraq (1:3), mübarizəni dayandırıb.
Bizi Facebook-da izləyin