“Atletiko”da mövsümün ən yaxşı futbolçusu məlum oldu

“Atletiko”nun argentinalı hücumçusu Xulian Alvares komandasında 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumçu La Liqada keçirdiyi 37 oyunda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə o, bütün turnirlərdə 54 oyuna çıxıb, 29 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bu, Alvaresin “Atletiko” forması ilə ilk mövsümüdür. O, ötən yay “Mançester Siti”dən 75+20 milyon avro qarşılığında transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button