“Atletiko” – “Yuventus” matçı hollanda tapşırıldı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsəsinin cavab oyunları çərçivəsində keçiriləcək “Mançester Siti” – “Şalke” və “Yuventus” – “Altetiko” matçları üçün hakim təyinatları məlum olub.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Yuventus” – “Atletiko” oyununun idarəçiliyi Hollandiyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Byorn Kyupers olacaq. Ona Sander van Rukel və Ervin Zeystra kömək edəcək. Matçın VAR hakimi Danni Makkeli, onun köməkçisi isə Pol van Bukel təyin olunub. Dördüncü hakim funksiyasını isə Dennis Hiqler yerinə yetirəcək.
“Mançester Siti” – “Şalke” matçının baş hakimi fransız Kleman Tyurpen olacaq. Ona Nikolya Dano və Siril Qrinqor kömək edəcək. VAR hakimi Nikolya Renviy, onun köməkçisi isə Fransua Letes olacaq. Dördüncü hakim funksiyasını Ryuddi Byuke yerinə yetirəcək.
Hər iki qarşılaşma martın 12-də saat 00:00-da start götürəcək. 1/8 finalın ilk oyunlarında “Mançester Siti” “Şalke”ni 3:2, “Atletiko” isə “Yuventus”u 2:0 hesabıyla məğlub edib.
Bizi Facebook-da izləyin