
Lanqle üçün yeni təklif hazırlanır
“Atletiko” müdafiəçi Kleman Lanqleni komandada saxlamaqda maraqlıdır.
Madrid klubu fransalı futbolçunu “Barselona”dan birdəfəlik transfer etmək niyyətində deyil.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, 29 yaşlı oyunçu yenidən “Atletiko”da qala bilər.
Belə ki, madridlilər Lanqlenin icarəsinin daha bir il uzadılması üçün “Barselona”ya yeni təklif hazırlayır. Digər mümkün ssenariyə əsasən, o, “Barsa” ilə müqaviləsini ləğv edərək, “Atletiko”ya azad agent kimi keçə bilər. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin