“Atletiko” Oblakı 32 yaşlı qapıçı ilə əvəz edə bilər

“Atletiko” Yan Oblakla yollarını ayıracağı təqdirdə, özünə yeni qapıçı axtarır.

Ola bilsin ki, komandanın hazırkı “bir nömrə”si, sloveniyalı qolkiper yayda madridliləri tərk etsin. Klub rəhbərliyi onunla 10 milyon avroluq maaşının yüksək olması səbəbindən ayrılmağı düşünür.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Madrid klubu “Xetafe”nin 32 yaşlı qapıçısı David Soria ilə maraqlanır.

Sorianın transfer dəyəri 4 milyon avro qiymətləndirilir və klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonunda başa çatacaq. O, İspaniya çempionatının cari mövsümündə 30 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button