“Atletiko”nun hədəfindədir – Rumıniyalı futbolçu

“Rayo Valyekano”da çıxış edən Andrei Ratu “Atletiko” və bir neçə başqa klubun hədəfinə çevrilib.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

26 yaşlı futbolçunun “Rayo Valyekano” ilə müqaviləsi 2028-ci ilə qədərdir. Onun müqaviləsində göstərilən təzminat məbləği 25 milyon avrodur.

Rumıniyalı müdafiəçinin hüquqlarının yarısı İspaniyanın digər klubu “Vilyarreal”a məxsusdur.

Ratu İspaniya çempionatının cari mövsümündə 7 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button