
Nunyes İspaniya klubunun hədəfindədir
Darvin Nunyes mövsümün sonunda “Liverpul”dan ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
Uruqvaylı hücumçunun karyerasını İspaniya və ya Səudiyyə Ərəbistanı çempionatlarında davam etdirməsi mümkün görünür. İspaniyadan “Atletiko”nun ona marağı olduğu bildirilir.
25 yaşlı forvardın “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. Onun transfer dəyəri təxminən 50 milyon avro qiymətləndirilir.
Nunyes cari mövsümdə İngiltərə Premyer Liqasının 26 oyununda iştirak edib və 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



