“Atletiko” türkiyəli futbolçu üçün hərəkətə keçib
İspaniyanın “Atletiko” klubu “Lester”in futbolçusu Çağlar Söyüncü ilə maraqlanır.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu futbolçu ilə müqavilə imzalamaq üçün İngiltərə təmsilçisinə müraciət edib. “Atletiko” türkiyəli futbolçunu Felipenin əvəzləyicisi kimi görür.
Söyüncü bu mövsüm “Lester”in heyətində 2 oyuna çıxıb. O, zədə səbəbindən əksər matçlarda iştirak edə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin