
“Atletiko” “Tottenhem”lə anlaşa bilmir
“Atletiko” ilə “Tottenhem” müdafiəçi Kristian Romeronun transfer şərtlərində razılığa gələ bilmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bu yay Madrid klubunun əsas transfer hədəflərindən biri hesab olunur. Ancaq “Tottenhem” oyunçusundan asanlıqla əl çəkmək istəmir.
London klubu Romero üçün 70 milyon avro tələb edir və qiymətdə güzəştə getmək niyyətində deyil. “Atletiko” isə bu məbləği ödəməkdən imtina edir və hesab edir ki, 27 yaşlı futbolçunun özünün Madridə keçmək istəyini nəzərə alaraq, “Tottenhem” qiyməti endirməli olacaq.
Romeronun “Tottenhem”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin