
“Atletiko” sabiq futbolçusunu gələcək baş məşqçi kimi görür
Braziliyanın “Flamenqo” klubunun baş məşqçisi Felipe Luis gələcəkdə “Atletiko”ya rəhbərlik edə bilər.
Komanda.az “Mundo Deportivo”’-ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi braziliyalı mütəxəssisin təkcə peşəkar bacarıqlarını deyil, həm də şəxsi keyfiyyətlərini yüksək qiymətləndirir.
Dieqo Simeone komandadan ayrılmaq qərarı versə, onun mümkün əvəzləyicilərindən biri kimi Felipe Luis nəzərdən keçirilir. O, futbolçu karyerası dövründə “Atletiko”nun heyətində 8 mövsüm keçirib və klub daxilində hələ də böyük hörmətə malikdir.
“Flamenqo” Luisin rəhbərliyi altında Braziliya kubokunu, superkuboku və Rio-de-Janeyro ştat çempionluğunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin