“Atletiko” “Serb Messi” ilə maraqlanır

Serbiyanın “Srvena Zvezda” klubuna məxsus serbiyalı yarımmüdafiəçi Andriya Maksimoviç karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Atletiko” “Serb Messi”ni transfer etməkdə maraqlıdır.

Maksimoviçin Serbiya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. Potensial anlaşmanın dəyəri 12-20 milyon avro arasında ola bilər.

17 yaşlı yarımmüdafiəçi Serbiya çempionatının cari mövsümündə 13 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button