“Atletiko” rəsmisi ərəbləri ittiham etdi

“Atletiko”nun baş direktoru Migel Anxel Gil İngiltərə Premyer Liqasını və Səudiyyə Ərəbistanını transfer bazarının qaydalarını dəyişdirməkdə ittiham edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubunun rəsmisi transfer bazarında baş verənlərin onların işini çətinləşdirdiyini bildirib:

“Düzdür, Premyer Liqa və yeni Səudiyyə Ərəbistanı bazarı indi transfer bazarının reallıqlarını dəyişdirir. Bu da işimizi çətinləşdirir.

Futbol böyük investorlar üçün cəlbedici sektora çevrilir və bunu ABŞ investisiya fondları, Yaxın Şərqdən gələn fondlar tərəfindən klubların alınması sübut edir.

Biz futbolu daha cəlbedici, daha möhtəşəm etməliyik”.

Bu yay Avropadan xeyli sayda futbolçu Səudiyyə Ərəbistanı klublarına transfer edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button