“Atletiko” rəhbərliyini qəzəbləndirən açıqlama
“Atletiko” klubunun rəhbərliyi hücumçu Joao Feliksin “Barselona”da oynamaq istəməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, onlar mətbuatda portuqaliyalının açıqlamasını görəndə qəzəbləndiklərini söyləyiblər:
“Feliksin agenti onun klubu tərk etməsi üçün hansı şərtlərə əməl etməli olduğunu yaxşı bilir. Əlavə şərh edə biləcəyimiz bir şey yoxdur”.
Öncədən PSJ-nin 23 yaşlı futbolçu ilə maraqlandığı bildirilirdi.
Feliks 2019-cu ildə “Benfika”dan “hindular”a keçib. Madrid təmsilçisi onun keçidi üçün 127 milyon avro xərcləyib. Feliksin klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Portuqaliya millisinin üzvü 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında “Çelsi”də keçirib. O, London klubunun heyətində 20 oyuna çıxıb və dörd qol vurub.
Bizi Facebook-da izləyin