“Atletik” “Roma” ilə oyundan əvvəl aparıcı futbolçusunu itirib

“Atletik”in yarımmüdafiəçisi Oyan Sanset Avropa Liqasının “Roma” ilə qarşıdakı oyununda meydana çıxa bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:

“24 yaşlı oyunçunun sol bud nahiyəsində əzələ gərginliyi var. O, “Roma” ilə oyunu buraxacaq”.

“Atletik” bu gün Avropa Liqasında “Roma” ilə qarşılaşacaq. Oyun İtaliyanın paytaxtı Romada keçiriləcək.

“Qırmızı-ağlar” cari mövsümdə çempionatda inamlı çıxış edir. Komanda La Liqada 7 turdan sonra 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button