“Atletiko” Qrizmannla müqaviləni uzatmağa çalışır
Fransa millisinin və “Atletiko”nun hücumçusu Antuan Qrizmann İspaniyada qala və Madrid klubu ilə müqaviləsini uzada bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qrizmannın “Atletiko” ilə müqaviləsi 2026-cı ildə başa çatır, lakin klub artıq fransalı forvardla müqaviləni uzatmağa çalışır.
Daha əvvəl PSJ və MLS-dən bir neçə klubun forvardın xidmətində maraqlı olduğu bildirilirdi. Dünya çempionuna əsas namizəd onun bir neçə il birgə çıxış etdiyi “Barselona”nın keçmiş futbolçularının oynadığı “İnter Mayami”dir.
Qrizmann bu mövsüm 41 matçda iştirak edib, 21 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin