Qrizmannla bağlı qərar verilib
“Atletiko” hücumçusu Antuan Qrizmannın gələcəyi ilə bağlı qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi fransalı futbolçu ilə müqaviləni uzatmaq qərarına gəlib. Tərəflər müqavilənin yekun detallarını müzakirə edirlər.
33 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm 47 oyun keçirib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin