
“Atletiko” qazandı, Simeone 250-yə çatdı

“Atletiko” La Liqanın 19-cu turunda öz meydanında “Levante”ni minimal hesabla məğlub edib.
Komanda.az İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin 1:0-lıq qələbəsi baş məşqçi Dieqo Simeone üçün əlamətdar olub. Belə ki, argentinalı mütəxəssis “Atletiko”nun “sükanı arxasında” sayca 250-ci qələbəsini qazanıb. Simeone bu qələbələrin 28 faizini 1:0 hesabıyla qazanıb.
“Atletiko”da ən çox qələbə qazanan baş məşqçi isə Luis Araqonesdir. O, Madrid təmsilçisiylə 308 dəfə sevinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin