“Atletiko” “Qarabağ”ın rəqibinin müdafiəçisi ilə maraqlanır

“Atletiko” “Liverpul”un müdafiəçisi Vircil Van Daykla maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Madrid klubu niderlandlı futbolçunu gələcəkdə azad agent kimi heyətinə qatmağı planlaşdırır. 34 yaşlı müdafiəçinin də “Liverpul”la müqaviləsinin müddəti başa çatdıqdan sonra yeni çağırış qəbul etməyə hazır olduğu bildirilir.

Van Daykın “qırmızılar”la anlaşmasının müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, cari mövsümdə bütün turnirlərdə 7 oyunda meydana çıxıb və 1 qol vurub.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button